Azərbaycan – Gürcüstan sərhədində iki nəfər saxlanılıb
Onlar Azərbaycana qanunsuz şəkildə keçməyə cəhd ediblər
Yanvar ayının 11-i saat 22:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
“Avronews” DSX-nın Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, araşdırma zamanı saxlanılan şəxslərin 1995-ci il təvəllüdlü Ağstafa rayon sakini Abdullayev Məqsəd Vidadi oğlu və Yevlax rayon sakini Dərviş İsmayıl Qnyaz oğlu olmaları müəyyən edilib. Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.