Rusiyada 19 yaşlı azərbaycanlı səbəbsiz öldürüldü...

Rusiyada 19 yaşlı azərbaycanlı səbəbsiz öldürüldü...

Baş verən hadisə ətrafında sosial şəbəkələrdə gərgin mübahisələr yaşanıb

Avqustun 26-sı saat 01.40-da Rusiyanın Ulyanovsk şəhərinin Leninski rayonu polisinin növbətçi hissəsinə TSUM mağazasının yaxınlığında baş vermiş mübahisə zamanı bir nəfərin iki nəfəri bıçaqla vurması barədə məlumat daxil olub. Sonradan məlum olub ki, məsələ heç mübahisə mərhələsinə belə, gəlməyib.

İlkin olaraq hadisə ilə bağlı az məlumat daxil olub, hadisənin dəqiq yeri və iştirakçıların sayı məlum olub. Ertəsi gün, avqustun 27-də polis və İstintaq Komitəsi hücum edənin Ulyanovskdan olan 36 yaşlı, qurbanların 19 və 25 yaşlı iki gənc olduğunu açıqlayıb.

Uşaqlar ağır bıçaqlanıb, kiçik tayı xəstəxanaya çatana qədər təcili yardım maşınında həyatını. Qan içində olan təcavüzkar hadisədən qısa müddət sonra saxlanılıb.

Üç gün sonra internetdə hücum anını əks etdirən bir video peyda olub. O da ortaya çıxıb ki, hücum edən şəxs faciənin şahidləri tərəfindən saxlanılıb.

Videodan aydın görünür ki, hücum edən şəxs avtomobili yolun kənarında dayanan gənclərə yaxınlaşaraq, onlara xəsarət yetirməyə başlayıb. İlk olaraq əlinin altına düşən 19 yaşlı azərbaycanlı olub, bıçaq onun döş qəfəsinə dəyib. Yaralı qatildən qaçmağa çalışsa da, 100 metrdən sonra huşunu itirərək yıxılıb.

İkinci qurban reaksiya göstərə bilib və daha az ağır xəsarətlər alaraq hücumu dəf edib. Qətl və adam öldürməyə cəhd faktları üzrə cinayət işi açılıb.

İstintaq qrupu cinayətin əksər detallarını tez bir zamanda müəyyən edib, yalnız motiv məsələsi açıq qalıb. Hətta onun haqqında sosial şəbəkələrdə oxucular arasında mübahisə yaranıb. Kimsə qurbanların xarici maşın sürdüyünü və təcavüzkarın "yolunu kəsdiyini" söyləyib, digərləri isə qatilin narkotikin təsiri altında olduğunu iddia edərək, qurbanları kiminləsə səhv saldığını qeyd ediblər.

Hələlik nə bir, nə də digər versiya təsdiqini tapıb. Saxlanılan və indi həbs olunan şəxs ayıq idi. Hadisə zamanı zərərçəkənlər heç yerə getməyib, park edilmiş avtomobillərinin yanında olublar, bu isə o deməkdir ki, yol münaqişəsi baş verə bilməzdi.

Ehtimal etmək qalır ki, motivlər onun öz həyatından narazılığı olub. Bahalı “Mercedes”lərin yanında  dayanan gənclər “Polo”da olan 36 yaşlı mühəndisdə acı emosiyalar fırtınasına səbəb ola bilərdi.

Məlum olub ki, qətli törətməkdə şübhəli bilinən şəxs 3 ildir daimi iş tapa bilməyib, uzun müddət anasının hesabına yaşayıb və gündüzlər valideynlərinin evindən çölə çıxmayıb. Heç kimlə ünsiyyət qurmurdu, dostları və sevgilisi yox idi və yalnız hər gün saat 22.00-da anasına şəhər ətrafında "gəzintiyə" getdiyini söyləyərək, evdən çıxırdı.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Avqustun 28-də Qonçarov və Dvortsovaya küçələrinin kəsişməsində mərhumun dostları və qohumları toplaşaraq gül-çiçək gətirdilər, şam yandırdılar, qətlə yetirilənlərə yas tutdular. Bu zaman gənc oğlan artıq vətənində dəfn olunmuşdu.

(misanec.ru)