Daha 369 hektar ərazi minalardan təmizlənib

Daha 369 hektar ərazi minalardan təmizlənib

İşğaldan azad olunmuş ərazilərdə 8 piyada əleyhinə mina, 2 tank əleyhinə mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

“Avronews” ANAMA-ya istinadən xəbər verir ki, dekabrın 19-dan 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 8 piyada əleyhinə mina, 2 tank əleyhinə mina və 233 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 369 hektar ərazi mina və PHS-lərdən təmizlənib.