Havanın “üzü dönür”

Havanın “üzü dönür”

Şimşək çaxacaq, yağış yağacaq

Oktyabrın 13-də şərq rayonlarından başlayaraq, 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

“Avronews” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, qərb küləyi 14-də gündüz, 15-də isə bəzi yerlərdə arabir 15-20 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur.