Sabahın hava proqnozuna diqqət

Sabahın hava proqnozuna diqqət

Nisbi rütubət gecə 60-65%, gündüz 30-35% olacaq

Avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. “Avronews” Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına istinadən xəbər verir ki, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 30-35% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.