Leysan tökə bilər

Leysan tökə bilər

Güclü külək və yağış gözlənilir

Bakıda və Abşeron yarımadasında oktyabrın 11-i gün ərzində şimal-qərb küləyi arabir 15-20 m/s olacaq. “Avronews” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir, oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 11-i və 12-si gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.