Bakıda toz dumanı müşahidə edilir

Bakıda toz dumanı müşahidə edilir

Prosesin gün ərzində davam edəcəyi gözlənilir

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, bu gün Bakıda və Abşeron yarımadasında zəif tozlu hava şəraiti müşahidə olunur.

“Avronews” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dispers toz hissəcikləri  Səbail rayonunda 1.1 dəfə normadan yüksək qeydə alınıb.

Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir.