Bakıdan İstanbula uçan təyyarə Ankarada məcburi eniş edib

Bakıdan İstanbula uçan təyyarə Ankarada məcburi eniş edib

Kapitan güclü qar səbəbindən Ankarada enməyə qərar verib

Bakıdan Türkiyənin İstanbul şəhərinə uçan, “Buta Airways” aviaşirkətinə məxsus təyyarə Ankarada enməli olub. “Avronews” bu barədə “Buta Airways”in mətbuat xidmətinə istinadən xəbər verir.

Aviaşirkətin J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

Təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib. Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.