Üç ölkənin bizə münasibəti heç vaxt dəyişməyəcək
Elçibəy dönəmində belə, həmin dövlətlər bizə qarşı pisliklərindən əl çəkmədi
Bəzilərinə başa salmaq lazımdır ki, Azərbaycanda istənilən hakimiyyətin dövründə (indiki kimi avtoritar, ya da qurulacaq demokratik və ya liberal, millətçi, sağ/sol - fərqi yoxdur) üç ölkənin bizə münasibəti heç vaxt dəyişməyəcək - Rusiya, İran və Ermənistan.
Bizə qarşı bu münasibət onların dövlət strategiyasıdır, vəziyyətin dəyişməsi Azərbaycanın demokratikləşməsindən deyil də, həmin ölkələrin məfkurəsinin, sisteminin, fəlsəfəsinin dəyişməsindən asılıdır.
Rəhmətlik Elçibəyin dövründə də bu üç ölkə "Elçibəy demokratdır, gəlin Azərbaycana pislik etməyək" demədilər, tam tərsi, əllərindən gələn hər bəd əməli etdilər.
Ona görə də, bizə demokratiya bu 3 ölkənin münasibətini dəyişmək üçün deyil də, bizim bu ölkələrdən gələn təhlükələrə sinə gərməyi bacarmaq üçün lazımdır. Belə...
Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)
Mənbə: “Facebook”