Ermənistandan növbəti təxribat

Ermənistandan növbəti təxribat

Zəngilan rayonu atəşə tutulub

Ermənistan silahlı qüvvələri Zəngilanı atəşə tutub. “Avronews” bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub.

Görülmüş cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulmuşdur. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir. DSX bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir.