Türkiyədə görünməmiş fəlakət: xeyli sayda ölən və yaralanan var

Türkiyədə görünməmiş fəlakət:

Zəlzələ yeddi vilayətdə qeydə alınıb, 140 bina dağılıb

Bu gün səhərə yaxın Türkiyədə çox güclü zəlzələ baş verib. “Avronews” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 04:17 radələrində, 7 vilayətdə qeydə alınıb.

Son məlumatlara görə, 7,4 bal gücündə olan zəlzələ nəticəsində ölənlərin sayı 76-ya çatıb.  Malatya bölgəsində zəlzələ nəticəsində 140 bina dağılıb, azı 23 nəfər ölüb, 420 nəfər isə xəsarət alıb.

Bundan başqa, Şanlıurfada 18 bina dağılıb, 17 nəfər həlak olub.  Osmaniyedə isə 34 bina yerlə yeksan olub, beş nəfər həyatını itirib. Diyarbəkirdə isə altı nəfər həlak olub.