İranla sərhədlər bağlı qalsın, amma...

İranla sərhədlər bağlı qalsın, amma...

Baş verən hadisələr Azərbaycan Dövlətinə tam legitim əsas verir

Quru sərhədlərimizin bağlı qalmasının "pandemiya" ilə əlaqədar olmadığı hamıya aydındır, əsas səbəblərdən biri bölgəmizdə müəyyən proseslərin baş verməsi, gözlənilən təhlükələrlə bağlı idi. Son zamanlar İranda baş verənlər bu ehtimala görə sərhədlərin bağlı qalması fikrini gücləndirdi.

Tehranda səfirliyimizə terror hücumu və sonra səfirliyin tam tərkibdə ölkəyə təxliyyə edilməsi doğru qərardır. Son hucum və İranda baş verən hadisələr Azərbaycan Dövlətinə tam legitim əsas verir ki, İranla quru sərhədi bağlı saxlasın, amma Gürcüstan,Türkiyə və Rusiya ilə quru yolları açsın, əvvəl bu addımı atılsaydı İrandan etirazlara formal bəhanə yaranardı, indi isə bizim tam haqqımız var ki, İranla quru sərhədləri bağlı saxlayaraq digər ölkələrlə yolları açaq – bu həm də davranışlarına, tutumuna, ölkəmizə münasibətinə görə  İran rejiminə yaxşı mesaj olar...

Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)

Mənbə: "Facebook"