Daxili etirazları xaricə bağlamaq cəhdi
Azərbaycanın üzərinə gələcəkləri ehtimalı böyükdür
Xameneyi dünən İrandakı etirazlarla bağlı ilk dəfə rəsmi açıqlama verdi və “iğtişaşlar öncədən Amerika və İsrail tərəfindən təşkil edilib” deyə iddia etdi. İsrailin müdafiə naziri Azərbaycana gəldi və Baqeri Bakıya zəng etdi.
Bu üç hadisə İranın niyyətini ortaya çıxarır: etirazları xarici qüvvələrə bağlamağa çalışan Tehran Qansın Bakıya səfərinə də bu kontekstdə baxır, yaxud bu səfəri Xameneyinin “Amerika və İsrailin planıdır” iddiasını inkişaf etdirmək üçün fürsət bilirlər.
Xameneyinin açıqlamasından sonra rejimin etirazları yatırmaq üçün maksimum gücdən istifadə edəcəyi aydın görünür, lakin “xarici qüvvələr” iddiasını əsaslandırmaq istiqamətində də çalışacaqlar.
Və bu prosesdə Azərbaycanın üzərinə gələcəkləri ehtimalı böyükdür: Qansın Bakıya gəlişindən həm daxili etirazları “xaricə” bağlamaq, həm də sərhəd məsələsində Bakıya təzyiq etmək üçün isifadə edə bilərlər.
Baqerinin bir neçə gün öncə Azərbaycana qarşı təhdid xarakterli çıxışı da onun Bakıya zənginin xoş niyyət daşımadığı fikrini önə çıxarır.
Müəllif: Asif Nərimanlı (siyasi şərhçi)
Mənbə: “Facebook”