Kərim Vəliyev Daniel Hokanson ilə görüşüb
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub
Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri çərçivəsində Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokanson ilə görüşüb. “Avronews” bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Tərəflər "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Görüşdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim də iştirak edib.