Daha 1126 ədəd mina aşkarlanıb

Daha 1126 ədəd mina aşkarlanıb

İşğaldan azad olunmuş ərazilərdə 1735 PHS tapılıb

Noyabrda (01.11.2022 - 30.11.2022) Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 782 piyada əleyhinə mina, 344 tank əleyhinə mina və 1735 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

“Avronews” bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmi açıqlamasına istinadən xəbər verir. Məlumata görə, 2522,6 hektar ərazi mina və PHS-dən təmizlənib.