BQXK təcridxanadakı separatçılara baş çəkib

BQXK təcridxanadakı separatçılara baş çəkib

Komitə saxlanılan şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək üçün şərait yaradır

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə və Ermənistanda saxlanılan azərbaycanlılara yenidən baş cəkiblər. BQXK-dan verilən məlumata görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb.

"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - deyə məlumatda bildirilir.