Xəzərdə suitilərin ölüm səbəbləri araşdırılır
Xidmət rəisi: “Rusiya mütəxəssisləri ilə də bu barədə fikir mübadiləsi aparılıb”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzərin şimal sahillərində suiti cəsədləri aşkar edilməsinə münasibət bildirib. “Avronews” xəbər verir ki, məsələyə Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev aydınlıq gətirib.
“Hazırda suitilərin ölüm səbəbləri araşdırılır. Analizlər götürülüb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülən analizlər laboratoriyalarda yoxlanılır. Hələ cavablar yoxdur”, - deyə o bildirib.
Əliyevin sözlərinə görə, Rusiya mütəxəssisləri ilə də bu barədə fikir mübadiləsi aparılıb: "Onlar suitilərin zəhərlənmədən ölməsi ilə bağlı rəy verirlər. Amma suiti cəsədlərində hər hansı xəsarət halları aşkarlanmayıb. Analizlərin cavablarından sonra səbəb barədə ictimaiyyətə məlumat veriləcək”.