Prezident iki yüksək çinli məmuru vəzifəsindən azad edib
Sərəncamlar dekabrın 27-də imzalanıb
Əsgər Həsən oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini vəzifəsindən azad edilib. “Avronews” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə İqbal Alıcan oğlu Babayev də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.
Sərəncamlar dekabrın 27-də imzalanıb.