Sabah 42 dərəcəyədək isti gözlənilir

Sabah 42 dərəcəyədək isti gözlənilir

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək

İyulun 12-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. “Avronews” Milli Hidrometeorologiya Xidmətinin rəsmi məlumatına istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55% olacaq.

Rayonlarda əsasən yağmursuz hava olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-29° isti olacaq.