Dubay-Mahaçqala reysi ilə uçan təyyarə Bakıya məcburi eniş edib
Sərnişinlər və heyət Bakı hava limanının tranzit zonasında yerləşdirilib
"flyDubai" aviaşirkətinə məxsus Dubay-Mahaçqala reysini həyata keçirən təyyarənin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
“Avronews” Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, "Boeing 737" təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.
Sərnişinlər və heyət hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.