Bəzi rayonların sakinləri ehtiyatlı olsunlar

Bəzi rayonların sakinləri ehtiyatlı olsunlar

Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir

İyulun 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. “Avronews” Milli Hidrometeorologiya Xidmətinin rəsmi məlumatına istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.

Əksər rayonlarda sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacaq.