Azərbaycan MN erməni iddialarını təkzib edib
“Azərbaycan Ordusunun Ermənistan istiqamətinə atəş açması yalandır”
Azərbaycan Ordusunun bölmələri tərəfindən, guya, noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.
“Avronews” bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir
“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda bildirilir.