Azərbaycan və Türkiyə hərbçiləri Egey sularında - FOTOLAR

Azərbaycan və Türkiyə hərbçiləri Egey sularında -

İzmirdə keçirilən təlim müvəffəqiyyətlə başa çatıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən hərbi qulluqçularımızla İzmir şəhərinin Foça dəniz bazasında taktiki təlim keçirilib.

“Avronews” bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Foça hərbi dəniz bazasının komandiri kontr-admiral Mustafa Biçenin rəhbərliyi ilə Egey dəniz sularında keçirilən taktiki təlimin yekununda təlimdə icra olunan tapşırıqlar təhlil edilib.

Təlimin yekununda çıxış edərək iştirakçılara öz tövsiyələrini verən kontr-admiral M.Biçen zabitlərimizə gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda xatirə şəkili çəkdirilib.

Azərbaycan və Türkiyə hərbçiləri Egey sularında - Azərbaycan və Türkiyə hərbçiləri Egey sularında - Azərbaycan və Türkiyə hərbçiləri Egey sularında - Azərbaycan və Türkiyə hərbçiləri Egey sularında - Azərbaycan və Türkiyə hərbçiləri Egey sularında -