Ərdoğan: “Türkiyə PUA-larının Qarabağ zəfərindəki rolu...”
“Ötən il Türkiyənin müdafiə sənayesi sahəsindəki ixracı 4 milyard 400 milyon dollar olub” – Türkiyə lideri
“Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) Qarabağ zəfərinin əldə olunmasındakı rolu və hazırda Liviyada həyata keçirdiyi missiya müharibə texnikalarını dəyişir”.
“Avronews” xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
“Türkiyə PUA-ları dünya sıralamasında ilk yerlərdədir. Haubitsalar isə gücümüzə güc qatacaq. Türkiyə müdafiə sənayesinin genişləndirilməsi istiqamətində işləri davam etdirəcək. Ötən il Türkiyənin müdafiə sənayesi sahəsindəki ixracı 4 milyard 400 milyon dollar olub. Bu, rekord göstəricidir. Müxtəlif layihələrimiz bundan sonra da davam edəcək. İstifadəyə verdiyimiz haubitsalar isə dosta güvən, düşmənə göz dağı olacaq”, - deyə o bildirib.