Ən etibarsız 5 yapon avtomobili
Mütəxəssislər geri çağırma kampaniyaları və etibarlılıq reytinqlərini araşdırıblar
“HotCars” portalının mütəxəssisləri yapon brendlərinin ən problemli modellərini sıralayıb. Onlar “JD Power” və “Consumer Reports” analitiklərinin geri çağırma kampaniyaları və etibarlılıq reytinqləri haqqında məlumatları öyrəniblər. Nəticədə ekspertlər ən etibarsız beş modeli seçiblər.
Fırlanan rotorlu-porşenli elektrik aqreqatı olan “Mazda RX-8” idman avtomobili çoxlu "yağ yeməsinə" görə tənqid olunan maşınların reytinqini açır. Problemlər siyahısında katalitik neytralizator, starter, əsas və köməkçi silindrlər də var.
İkinci yer, “Consumer Reports” etibarlılıq reytinqinə əsasən, yüzdən 18-ci olan “Subaru Ascent”ə məxsusdur. Üçüncü sıranı “Infiniti Q50” tutur, yalnız mütəxəssislər dərhal dəqiqləşdirmə edirlər: söhbət 2014-cü il modelinin krossoverlərindən gedir. Belə SUV-lər yeddi geri çağırılmada iştirak edib.
Dördüncüsü - 2004-2006-cı il buraxılış modeli “Nissan Titan”dır. Bu model üçün müxtəlif vaxtlarda 20 geri çağırma kampaniyası həyata keçirilib.
Siyahını 2002-2004-cü illər buraxılışlı “Honda Odyssey” bağlayır. Bu modeldə əyləc sistemi, transmissiya, sürüşən qapılar, işə salma kilidi, həmçinin işlənmiş qazın təkrar dövriyyəsi sistemi ilə bağlı problemlər var.
(carsweek)