Şimal bölgəsini bürüyən yanğınlar nəzarətə götürülüb
Nazir: “Bəzi tüstülənmə ocaqlarının söndürülməsi və soyutma işləri davam etdirililir”
Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınlar nəzarətə götürülüb. “Avronews” bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi açıqlamasına istinadən xəbər verir.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov avqustun 19-da şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunmuş əməliyyat müşavirəsi keçirib. O, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində FHN-in maddi-texniki bazasının ən müasir standartlar səviyyəsində olduğunu vurğulayaraq, yanğınların tam söndürülməsi üçün kifayət qədər potensialın mövcudluğunu diqqətə çatdırıb.
Nazir Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınların nəzarətə götürüldüyünü, bəzi tüstülənmə ocaqlarının söndürülməsi və soyutma işlərinin davam etdirildiyini bildirib.