Tarixi gün
Böyük gündür, gözəl gündür
103 il öncə bu gün, 11 yanvar 1920-ci il Azərbaycan Cümhuriyyəti ilk beynəlxalq diplomatik qələbəsini qazandı. Paris Sülh Konfransında ANTANTA Ali Şurası Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü de-fakto (faktiki) tanıdı.
Bu qələbəyə gedən yolda, hər addımda nümayəndə heyətimizin qarşısı kəsilirdi, hətta gecikdirilmişdi də.
Buna baxmayaraq, onlar konfransa yetişmiş və Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan xalqının kimliyi, ənənələri, vahid birliyi, ruslar və ermənilər tərəfindən məruz qaldıqları soyqırımlar, ölkənin iqtisasi əlaqələri, təbii sərvətlrəri haqqında memorandumu təqdim edə bilmişdilər.
ABŞ Prezidenti Vudro Vilson tərəddüd edəndə də, həmin memorandumun surətini Əlimərdan Bəy Topçubaşi ona təqdim etmiş, bundan sonra Vilsonin Azərbaycana olan mübasibəti dəyişmişdir.
Əlimərdan bəy Topçubaşiyə, müavini Məhəmmədhəsən Bəy Hacınskiyə, parlament üzvləri Əhməd Bəy Ağayev və Əkbər Ağa Şeyxülislamova, eyni zamanda Ceyhun Hacıbəyli və digər fədakar şəxslərə uca Tanrıdan rəhmət diləyir, bu böyük tarixi qələbəni Azərbaycana qazandırdıqları üçün ehtiramla yad edirəm.
Müəllif: Şəhla Cabbarlı (tarixçi)
Mənbə: "Facebook"