Rusiyada “aruolunmaz azərbaycanlı” silah anbarı yaradıb

Rusiyada “aruolunmaz azərbaycanlı” silah anbarı yaradıb

Onun avtomobilindən odlu silah və patronlar götürülüb

Rusiyanın Şimal paytaxtında polis keçən il ölkədə "qalmasının arzuolunmaz olduğu" barədə qərar qəbul edilmiş bir miqrantdan bütöv bir silah və sursat anbarı tapıb.

Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan əsilli şəxsi saxlayıblar. Onun “Mercedes Benz G50” markalı avtomobilindən odlu silah və patronlar götürülüb.

Məlum olub ki, miqrantın anbarında bütöv silah və sursat arsenalı olub. Yeri gəlmişkən, 2021-ci il oktyabrın 14-də onunla bağlı Rusiya ərazisində qalmasının arzuolunmaz olduğu barədə qərar qəbul edilib,

Lakin bu arzuolunmazlıq əcnəbinin şimal paytaxtında qalmasına və hətta silah anbarı yaratmasına mane olmayıb.

(spb.tsargrad.tv)