Gecə və səhər duman olacaq

Gecə və səhər duman olacaq

Hava əsasən yağmursuz keçəcək

Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. “Avronews” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Abşeron yarımadasında gecə 8-10° isti, gündüz 13-15° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütununda 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacaq.