Zakir Həsənov Türkiyəyə işgüzar səfərə gedib

Zakir Həsənov Türkiyəyə işgüzar səfərə gedib

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 24-də Türkiyə Respublikasına işgüzar səfərə gedib.

“Avronews” bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Səfər çərçivəsində müdafiə nazirinin ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair görüşləri, eləcə də qardaş ölkədə keçiriləcək “Saha Expo" sərgisində iştirakı planlaşdırılır.