Bəzi bölgələrə yağış yağacaq, şimşək çaxacaq

Bəzi bölgələrə yağış yağacaq, şimşək çaxacaq

Sabaha gözlənilən hava: 20-37 dərəcə arasında isti

İyulun 9-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. “Avronews” Milli Hidrometeorologiya Xidmətinin rəsmi məlumatına istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-45% olacaq.

Rayonlarda əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.