Braziliyalı model-snayper Ukraynada həlak olub

Braziliyalı model-snayper Ukraynada həlak olub

O, rus qoşunlarının tərk etdiyi kənddən ukraynalıların xilas edilməsində iştirak edirmiş

Ukrayna Silahlı Qüvvələrində snayper kimi xidmət edən, 39 yaşlı braziliyalı model Talita do Valle Xarkov yaxınlığındakı kənddə rus hərbçilərinin raket hücumuna məruz qalaraq həlak olub. “Newsweek” nəşrinin məlumatına görə, model üç həftə əvvəl Ukrayna ordusuna könüllü kimi qatılıb. Digər braziliyalı, keçmiş əsgər Duqlas Buriqo da onunla birlikdə həyatını itirib.

Onların tağımına komandirlik edən bir leytenant Braziliyanın UOL xəbər agentliyinə deyib ki, onlar rus qoşunlarının tərk etdiyi kənddən ukraynalıların xilas edilməsi əməliyyatı zamanı həlak olublar.

Məlumdur ki, braziliyalı əvvəllər xüsusi hərbi əməliyyatlarda, xüsusən də Suriya və İraqda islamçılara qarşı əməliyyatlarda iştirak edib və burada snayper kimi təlim keçib. Bundan əlavə, o, Braziliyada ictimai həyatda fəal idi.

Aprel ayında braziliyalı muzdlu Fabio Junior de Oliveyra əcnəbilərin necə xidmət etdiyini izah etmişdi. Xüsusilə, o, Ukrayna Silahlı Qüvvələrində çox cüzi menyudan və gigiyena qaydalarının tam olmamasından şikayətlənib.

Bundan əlavə, o, bir çox əsgərin koronavirusa yoluxduğunu qeyd edib. Həmçinin, 42 yaşlı braziliyalı Polşadan Ukraynaya gələn hərbçinin intiharı ilə bağlı məlumat paylaşıb.

(www.news.ru)