Hələ bu harasıdır!
Rus mediası Türkiyəyə atəş püskürür
Dekabrın 1-dən Türkiyə boğazları (Bosfor və Çanaqqala) sığortasız neft daşıyan Rusiya tankerləri üçün bağlayacaq. Rusiya gəmiləri yeni sanksiyalara əsasən sığorta ala bilməyəcək: dekabrın 5-dən sığorta yalnız müəyyən edilmiş “tavan” qiymətindən aşağı qiymətə neft daşıyan tankerlər üçün mümkün olacaq.
- Rus mediası atəş püskürür.
- "Türklər faktiki olaraq anti-Rusiya sanksiyalarına qoşuldular", "Ankaranın bu addımı müttəfiqliyə sığmır", "Tarixboyu türklər bizə xəyanət etdilər" deyə üsyan edirlər.
.Mən də bu durumlar üçün istifadə etdiyim deyimi təkrarlayıram:
- HƏLƏ BU HARASIDIR!
Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)
Mənbə: “Facebook”