Rusiya ilə sərhəddə dəmir hasar
“Kreml ölkəmizdə sabitliyi pozmaq, Ukraynaya dəstək verməyimizin qarşısını almaq istəyir”
Polşa hakimiyyəti Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə üçcərgəli tikanlı məftillərdən hasar çəkməyə başlayıb. Polşanın müdafiə naziri Mariusz Blaszczak deyib ki, tikinti Kalininqrad hava limanının Yaxın Şərq və Şimali Afrikadan uçuşlar üçün açıq olması ilə bağlı xəbərlərdən sonra başlayıb və bu, miqrantların qəsdən sərhəddən keçirilməsi ilə bağlı narahatlıqları artırır.
Blaşçak xatırladıb ki, Belarus artıq bu şəkildə təcrübə keçib: "Mənə görə, bu, Kremldə yazılmış bir plan idi, məqsədi Polşada sabitliyi pozmaq, Polşanın Ukraynaya dəstək verməsinin qarşısını almaq idi. Onlar əvvəlcə Polşada sabitliyi pozmaq istədilər, sonra Ukraynaya hücum etdilər. Polşa əsgərlərinin kifayət qədər təcrübəsi var, onlar Polşa-Belarus sərhədi və mən əminəm ki, onlar Polşanın Kalininqrad vilayəti ilə sərhədini də qoruyacaqlar”.
İyunun sonunda Polşa Belarusla sərhəddə hasarın tikintisini başa çatdırıb, onu müşahidə kameraları və hərəkət sensorları ilə təchiz edib. Ölkənin Daxili İşlər Nazirliyi bəyan edib ki, bu, sərhədçilərin fəaliyyəti ilə yanaşı, qeyri-qanuni miqrasiyanın qarşısını almağa və regionda sabitliyin pozulmasının qarşısını almağa imkan verib.
Belarus sərhədi boyunca tikanlı məftilli polad hasarın hündürlüyü 5 m, planlaşdırılan uzunluğu 187 km-dir. Elektron idarəetmə sistemləri kameralar və hərəkət sensorları da daxil olmaqla, bütün uzunluğu boyunca təmin edilir.
(Euronews)