Bayden bu gün Polşaya gedir
Ağ Ev rəhbəri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasının ildönümünə həsr olunmuş müraciətlə çıxış edəcək
ABŞ Prezidenti Co Bayden bu gün Polşaya səfər edəcək. Səfər iki gün davam edəcək.
Ağ Ev rəhbəri Polşa Prezidenti Anjey Duda və NATO-nun “Buxarest doqquzluğu”nun liderləri ilə görüşəcək.
Bayden Polşanın dövlət başçısı ilə ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin Ukraynaya dəstək üçün kollektiv səyləri müzakirə edəcək.
Fevralın 21-də ABŞ Prezidenti Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasının birinci ildönümünə həsr olunmuş müraciətlə çıxış edəcək.
(İnterfaks)