“Popular Mechanics”: Nyu-York məhv ediləcək, 62 milyon amerikalı həlak olacaq
Məşhur dərgi Rusiyanın ABŞ-a potensial nüvə hücumlarının təsvirini verib
Rusiyanın ABŞ-a tammiqyaslı nüvə hücumu üçün 2031 termonüvə başlığının partladılması tələb olunacaq və nəticədə 62,4 milyon amerikalı həlak olacaq. Bunu Amerikanın məşhur “Popular Mechanics” jurnalı yazıb.
Nəşr perspektivli “Sarmat” qitələrarası ballistik raketi ilə Amerika metropoliyasının məhv edilməsini təsvir edib.
“Nyu-York və ətrafı ən azı 12 Rusiya termonüvə yükü ilə parçalanacaq, raketlər Federal Ehtiyat Bankının binalarına, enerji müəssisələrinə, rabitə mərkəzlərinə və hava limanlarına yönəldiləcək”, - deyə məqalədə bildirilir.
Nəşr yazır ki, nüvə hücumu nəticəsində Manhetten ştatı tamamilə məhv olacaq: “Bir milyon dərəcə selsiyə qədər istiliyi olan alov topu əhəmiyyətli sayda şəhər binasını yandıracaq və qalanları üçün yanğın təhlükəsi yaradacq. Şəhərin təxminən 40 faizini əhatə edən partlayış dalğaları, hətta, beton binaları belə, yer üzündən tamamilə siləcək qədər güclü olacaq. Qalın, görünməz radioaktiv tullantı təbəqələri ada boyunca sürüklənəcək və bir çox hallarda şüalanmaya məruz qalan insanların 95 faizini öldürəcək”.
Və məqalədə belə nəticəyə gəlinir: “Şəhərə hərtərəfli nüvə hücumu baş verərsə, demək olar ki, hamı həlak olacaq. Bu, bəşəriyyət tarixində ən pis gün olacaq və sağ qalanlar sağ qalmayanlara paxıllıq etməyə başlaya bilərlər”.