Qorbaçovun qohumları barədə həqiqət: “Uzun illər oğurluq edib...”

Qorbaçovun qohumları barədə həqiqət: “Uzun illər oğurluq edib...”

Şahnazarov: “Adamın nəvə-nəticələrinin Almaniyada yaşaması çox şeydən xəbər verir”

Rusiyalı jurnalist, yazıçı Mixail Şahnazarov SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçovun Almaniyadakı qohumlarının həyatı ilə bağlı həqiqəti danışıb. Publisistin sözlərinə görə, onlar uzun müddət vəsait qıtlığı yaşamayacaqlar.

“Baba uzun illər qohumları üçün oğurluq edib. Almaniyada qohumlar yaşayırlar. Hər şey yaxşıdır, hər şey gözəldir”, - deyə yazıçı “Bu, bir paraqrafdır!” adlı “YouTube” şousunda bildirib.

“Mən onun tərəfdarıyam ki, insan ömür boyu dünyanın istənilən yerini yaşamaq üçün seçə bilər, amma bu adamın nəvə və nəticələrinin Almaniyada yaşaması çox şeydən xəbər verir”, - deyə Şahnazarov vurğulayıb.

Xatırladaq ki, Mixail Qorbaçov avqustun 30-da uzun sürən ağır xəstəlikdən sonra, 91 yaşında vəfat edib.

(riafan.ru)