Filmin sonu: 18 il aeroprotda yaşayan iranlı öldü

Filmin sonu: 18 il aeroprotda yaşayan iranlı öldü

O, məşhurlaşdıqdan sonra gün ərzində 6 müsahibə verirdi

İranlı Mehran Kərimi Naseri 18 il Paris Şarl de Qoll hava limanında yaşadıqdan sonra dünyasını dəyişib. Hava limanının sözçüsü Nasserinin son bir neçə həftə ərzində yaşadığı Terminal 2F-də təbii səbəblərdən dünyasını dəyişdiyini bildirib.

1945-ci ildə İranın Xuzistan əyalətində anadan olan Nasiri 1988-ci ildə, daha əvvəl gedən anasını axtarmaq üçün Avropaya uçub. Lakin o, miqrasiya tələsinə düşüb. Böyük Britaniya, Hollandiya və Almaniyadan lazımi sənədləri olmadığı üçün qovulduqdan sonra, Naseri hava limanında məskunlaşmaq məcburiyyətində qalıb. Onun Fransaya da girmək hüququ yox idi.

O, 2F terminalında bir neçə stulda oturmuşdu, ətrafı əşyalar olan arabalarla əhatə olunmuşdu. O, günlərini bloknotda həyatına dair qeydlər aparmaq, qəzet və jurnallar oxumaqla keçirirdi.

Naserinin hekayəsi dünya mediasının və Hollivud rejissoru Stiven Spilberqin diqqətini çəkib. Rejissor rollarda Tom Henks və Ketrin Zeta-Consun oynadığı “Terminal” filmini iranlının həyatından götürərək çəkib.

Filmin premyerasından sonra Naseridən dəfələrlə müsahibələr alınıb. O vaxtdan o, özünü “Ser Alfred” adlandırmağa başlayıb və gündə altı müsahibə verib.

1999-cu ildə Fransada qaçqın statusu almasına baxmayaraq, Naseri 2006-cı ilə qədər hava limanında yaşayıb. 2006-cı ildə xəstəlik tutması səbəbindən xəstəxanaya yerləşdirilib. Bundan sonra filmdən aldığı pulla yataqxanada yaşayıb.

Bir neçə həftə əvvəl Naseri Terminal 2F-ə qayıdıb və orada vəfat edib. Hava limanının sözçüsü əlavə edib ki, onun üzərindən bir neçə min avro nağd pul tapılıb.

(BBC)