Bir neçə min kürd Parisi alt-üst edirsə...
İğtişaşlar fransız milliyətçilərinə “top atmış” olacaq
Kürdlərin Parisi dağıtdığı anları görüb Fransadakı demoqrafik vəziyyəti incələdim. Deməli, hələ 22 il əvvələ aid hesablamada rəsmi olaraq Fransanın 77%-i fransalıdır - fransız yox, fransalı hələ.
Qeyri-rəsmi rəqəmlərdə gəlmələr daha çoxdur. Afrikalı və digər avro-etnik qruplar çoxdur. Son zamanlar Yaxın Şərqdən gələn ərəbləri də əlavə etsək, rəqəmlər artar. Fransa futbol millisinin az qala 8-9 oyunçusunun afro-fransız olması da bunun əyani göstəricisidir.
Göründüyü kimi kürdlər heç siyahıda yoxdur. Yəni, nisbətdə azdırlar. Fransada təxminən 240 min kürd yaşayır və bu da ümumi əhalinin 0.3%-ni təşkil edir.
Ən az etnik qruplardan kürdlər Paris küçələrini alt-üst edirlərsə, indi digərləri olsa, necə olardı?
Bəlkə də, bu iğtişaşlar fransız milliyətçilərinə “top atmış” olacaq və bəhanə verəcək ki, miqrantlara qarşı nələrsə etsinlər. Yəni, “bir neçə min kürd belə, şəhərimizi dağıdır” sualı qoyula bilər.
Amma yenə də görünən odur ki, sanki gecdir və az qala hər 3 nəfərdən birinin qeyri-fransız olduğu ölkədə ifrat nəsə etmək çox çətin olar.
Nə qədər qlobal iqtisadi vəziyyətdə ciddi ziddiyyətlər var, zənnimcə, bu miqrant məsələləri və olası bu kimi iğtişaşlar daha da şiddətlənəcək.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”