Dünya bu dostlardan imtina edib, amma...

Dünya bu dostlardan imtina edib, amma...

Beynəlxalq təzyiqlərdən yaranan “təbii tərəfdaşlıq”

Beynəlxalq ictimaiyyətin əksəriyyəti tərəfindən rədd edilən Rusiya və Şimali Koreya (KXDR) ikitərəfli münasibətləri yaxşılaşdırmaq və Ukrayna və Koreya yarımadasında bir-birilərinin geosiyasi ambisiyalarına dəstək ifadə etmək üçün çalışır. Şimali Koreya Rusiyanın işğalı altında olan Ukraynanın şərqində özünü “DXR” və “LXR” elan edən ərazilərin bərpasına kömək etmək üçün minlərlə işçi təqdim etməyi təklif edib. Pxenyandan Moskvanın Ukraynaya qarşı müharibəsində iştirak etmək üçün 100 min əsgər göndərmək təklifləri də olub.

Mayın 26-da Rusiya da öz növbəsində, bu ilin əvvəlində bir sıra ballistik raket buraxılışlarına görə KXDR-ə qarşı daha sərt sanksiyaları nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyan Çini dəstəkləyib. BMT Təhlükəsizlik Şurası 2006-cı ildən bəri ilk dəfə Şimali Koreyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilməyib. Moskva təklif edilən yeni tədbirin “məsuliyyətsiz” olacağını bildirib.

Rusiya BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanı dəstəkləyir

Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bir-birinə daha da yaxınlaşan Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Pxenyana nüvə silahı proqramı və nüvə silahlarının inkişaf etdirilməsi ilə bağlı tətbiq etdiyi bəzi sanksiyaların aradan qaldırılmasını tələb etməklə birlikdə daha bir addım atıb. Ekspertlər deyirlər ki, Rusiya və Şimali Koreya xarici tərəfdaşlar üçün ümidsizdir, çünki dünyanın qalan hissəsi onların rejimlərinə qarşıdır.

Bu arada Çin Cənubi Çin dənizinin böyük hissəsində dəniz ehtiyatlarına dair iddialar və bununla bağlı gərginliklər, eləcə də bir sıra qonşu ölkələrlə münasibətlər, habelə Yaponiya, Hindistan və Cənubi Koreyaya qarşı ərazi iddiaları ilə bağlı oxşar mövqeyə meyl edir.

Keçmiş diplomat və Cənubi Koreya kəşfiyyatının keçmiş başçısı Ra Çon İl DW-yə deyib: "Rusiya və Şimali Koreya bir çox ortaq siyasi mövqelərə və uzunmüddətli münasibətlərə malikdir. İndi onlar yenidən yaxınlaşırlar, çünki onların ümumi düşməni var və xarici təzyiqlərə daha yaxşı tab gətirmək üçün bir-birilərinin dəstəyinə ehtiyacları var".

Onun sözlərinə görə, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrinə işçilər göndərmək təklifi iki ölkə arasında münasibətlər üçünböyük əhəmiyyət kəsb edir”, çünki bu yolla Pxenyan bir daha qondarma “DXR” və “LXR”-I tanıdığını bəyan edir.

Bu, həm də KXDR üçün çox yaxşı sövdələşmə ola bilər. Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora bildirib ki, Rusiya işçiləri təmin etmək üçün Şimali Koreyaya sənaye avadanlığı və çox ehtiyacı olan buğda göndərəcək. Beynəlxalq sanksiyalar KXDR-ə avadanlığın idxalını effektiv şəkildə qadağan edir və ölkədə ərzaq qıtlığı onilliklər ərzində adi haldır.

Beynəlxalq təzyiqlər Moskva və Pxenyanı “təbii tərəfdaş” edib

“Aydındır ki, KXDR Cənubi Koreya və ABŞ ilə münasibətləri yaxşılaşdırmaq cəhdindən əl çəkib. Bu, o deməkdir ki, indi o, həqiqətən də yalnız Rusiya və Çinə arxalana bilər”, - deyə Ra Çonq İl bildirib.

Onun fikrincə, Moskva və Pxenyanın düşdüyü vəziyyəti nəzərə alsaq, bu, qaçılmaz idi.

Tokionun Kokuşikan Universitetinin Şərqi Asiya üzrə ixtisaslaşmış beynəlxalq əlaqələr üzrə professoru Yakov Zinberq bu qiymətləndirmə ilə razıdır. Onun sözlərinə görə, hər iki ölkənin beynəlxalq təzyiq altında olduğu bir şəraitdə ortaq tarix və müttəfiqlərə ehtiyac onları “təbii tərəfdaş” edib: “İndi onlar özlərini sanksiyaların qurbanı kimi görür və onlardan yan keçməyin yollarını axtarırlar”.

Alyansın açıq üstünlükləri olsa da, Zinberq Rusiyanın Şimali Koreyanın Ukraynaya hərbi yardım təklifini qəbul edəcəyinə əmin deyil və çox güman ki, regiondakı digər ölkələrlə daha da düşmənçilik etməmək üçün Uzaq Şərqdə diqqətli olmağa davam edəcək: "Mənim təəssüratım belədir ki, Moskva hələ də Sakit okean regionu ilə bağlı ehtiyatlı davranır. Rusiya Cənubi Koreya və Yaponiyanı və bu ölkələrin hər ikisində böyük hərbi mövcudluğu olan ABŞ-ı qıcıqlandıra bilməz".

Rusiya iki cəbhədə qarşıdurmadan qorxur

“Rusiya ənənəvi olaraq iki cəbhədə qarşıdurmadan qorxur. Ona görə də çox güman ki, Moskva Şimali Koreyanı onun maraqlarına cavabdehdirsə və potensial olaraq ABŞ-ın diqqətini Mərkəzi Avropaya deyil, Şimal-Şərqi Asiyaya yönəltməyə kömək edə bilsə, sözdə güclü şəkildə dəstəkləməyə davam edəcək. Eyni zamanda, Pxenyan israr etsə belə, ondan hərbi yardımı qəbul etməyəcək”, - deyə Zinberq söyləyib.

“Şərqi Asiya dünyanın çox qeyri-sabit hissəsidir. Koreya yarımadasında, Tayvan ətrafında, Cənubi Çin dənizindəki adalarda və Yaponiyanın cənubunda Çin döyüş gəmiləri ilə gərginlik yaşanır, buna görə də Rusiya hər şeyin çox uzağa getməyəcəyinə ümid edəcək. Bununla belə, gərginliyin artmaqda davam edəcəyi qaçılmaz görünür”, - deyə mütəxəssis vurğulayıb.

(DW)