Amerikada meymunçiçəyi təlaşı: insanlar xəstəxanalara axın edirlər

Amerikada meymunçiçəyi təlaşı: insanlar xəstəxanalara axın edirlər

Bir gün öncə şəhərdə 223 xəstə vardısa, hazırda bu göstərici 336 nəfərə çatıb

ABŞ-ın Nyu-York şəhərində meymunçiçəyi xəstəliyinə yoluxanların sayında ciddi artım müşahidə olunur. “Avronews” xarici mətbuata istinadən xəbər verir ki, bir gün öncə şəhərdə 223 xəstə vardısa, hazırda bu göstərici 336 nəfərə çatıb.

Nyu-York Səhiyyə Departamenti siyahının tam olmadığını da açıqlayıb.

Yerli mətbuatın məlumatına görə, çox sayda insan son günlərdə peyvənd olunmaq üçün xəstəxanalara axın edib. Bu da vaksin çatışmazlığına səbəb olub. Hələlik risk qrupuna daxil olanlar peyvənd edilir.