Kreml Putinin “axtarışına” çıxıb: “Zibil qutusunda”, “Güvə formasında”, “Vampir şəklində”…
Rusiyada Putini təhqir edənləri xüsusi axtarış proqramı ilə tapacaqlar
Fevralın 13-də Rusiya internetdə qadağan olunmuş foto və video məzmuna avtomatik nəzarət edəcək sistemin işə salındığını elan edib. “Roskomnadzor”un tabeliyində olan Baş Radiotezliklər Mərkəzinin (BRM) məlumatına görə, “Okulus” sistemi “ekstremist mövzular, kütləvi qeyri-qanuni tədbirlərə çağırışlar, intihar, narkomaniyaya meylli məzmun, LGBT təbliğatı kimi cinayətləri” avtomatik aşkarlayır.
57,7 milyon rubl dəyərində neyroşəbəkənin inkişafı üçün tender 2021-ci ilin sentyabrında elan edilib. Sistem ilk dəfə 2022-ci ilin dekabrında sınaqdan keçirilib, 2025-ci ilə qədər funksionallığın genişləndirilməsi ilə tamamlanmasının başa çatdırılması planlaşdırılır.
Əvvəllər BRM işçiləri qadağan olunmuş məzmunu əsasən əl ilə təhlil edərək, gündə orta hesabla 106 şəkil və 101 videonu emal edirdilər. Tərtibatçılar iddia edirlər ki, "Okulus" gündə 200 mindən çox şəkli təhlil etməyə imkan verəcək.
BRM-dən qeyd ediblər ki, Ukraynada müharibə başlayandan bəri "real faktları xüsusi qurulmuş reallıqla əvəz etməyə yönəlmiş görünməmiş həcmlər və saxtaların yayılma sürəti müşahidə olunub".
Putinə qarşı təhqirləri axtarır
BRM tərəfindən prezentasiyası keçirilən “Okulus”un təqdimatında qeyd olunub ki, neyroşəbəkə təkcə mitinqlərə və ya hökuməti devirməyə çağırışlar kontekstində “insanların kütləvi şəkildə toplaşdığını” tanımayacaq, həm də saqqal və ya maskanın olmasını nəzərə alaraq, “insanların simasını tanıyacaq”.
2022-ci ilin noyabrında Belarus haker qrupu BRM-in daxili şəbəkəsini sındıraraq, idarənin əməkdaşlarından iki terabaytdan çox sənəd və məktub yükləyib. Sızdırılan məlumatda “Okulus”u Vladimir Putinə qarşı “Krab şəklində Putin”, “Putin kəpənək formasında”, “Zibil qutusunda Prezident”, “Prezident güvə formasında”, “Hitler formasında", "Vampir formasında Prezident” kimi təhqirlər axtarmaq üçün də təlim keçirildiyi məlum olub.
(DW)