Avropada dərman qıtlığı yaşanır: həb əvəzinə şərbət...
Problem daha miqyaslı xarakter alarsa, AB nə edəcək?
Avropa Birliyi (AB) dərman çatışmazlığından əziyyət çəkir. “Amoksisillin” kimi antibiotiklər, soyuqdəymə, qrip və digər tənəffüs yolları infeksiyalarına qarşı dərmanlar, uşaqlar üçün bəzi dərmanlar qıt oldu. Əksər ölkələrdə vəziyyət kritik hesab edilir, lakin apteklərdən bu cür məhsullar heç də yoxa çıxmadığı üçün vətəndaşlara ehtiyat saxlamamaq tövsiyə olunur. Həkimlər sosial uzaqlaşma kimi koronavirusdan qorunma səbəbindən əhalinin təbii immunitetinin zəiflədiyini qeyd edirlər.
Səhiyyə üzrə Avropa Komissarı Stella Kyriakides deyir ki, müəyyən edilmiş tələbatın kəskin artmasının əsas səbəbləri istehsal gücü çatışmazlığı ilə respirator xəstəliklərin yüksək yayılmasıdır. Əczaçılıq məsələləri milli səviyyədə həll olunduğundan, hökumətlər artıq çatışmazlığı aradan qaldırmaq üçün tədbirlər görür.
Bu tədbirlərə generik dərmanların satışı və tələb olunan dərmanların oxşar dərmanlarla əvəz edilməsi daxildir. Bir sıra ölkələrdə bəzi resepturalar dəyişdirilib, məsələn, dərmanlar tabletlər əvəzinə şərbət şəklində təklif olunur ki, uşaqlar onları qəbul etməyə daha həvəsli olsunlar.
Avropa Dərman Agentliyinin (ADA) Baş tibb mütəxəssisi Steffen Thierstrupun sözlərinə görə, pediatriya ümumiyyətlə, adi tablet şəklində daha azdır: “Ona görə də uşaqların daha çox xəstələndiyi yerlərdə uşaq dərmanlarına ehtiyac böyüklər üçün nəzərdə tutulan dərmanlardan daha yüksəkdir”.
Son araşdırma İspaniyada dərman çatışmazlığının bir il ərzində 38% artdığını göstərdi. İnflyasiya, yüksək enerji qiymətləri, xammal çatışmazlığı və pandemiyanın təsiri onların istehsalına təsir göstərib.
Bəs, problem qlobaldırsa, AB nə edə bilər?
AB Əczaçılıq Qrupunun rəhbəri İlaria Passarani söyləyir ki, hazırda diversifikasiyaya ehtiyac var: “Təbii ki, bəzi kritik materialların, məsələn, aktiv maddələrin istehsalını Avropaya qaytarmaq faydalı olardı. Amma biz dərman istehsalı üçün istifadə etdiyimiz bütün materialların bütün istehsalını geri qaytara bilmərik. Bu, ətraf mühitin mühafizəsi qanunlarının, əmək qanunlarının icrası ilə bağlı apteklərdə qiymət artımı kimi məsələlərə səbəb olur”.
Mart ayında Avropa Komissiyası AB-nin əczaçılıq qanunvericiliyinin yenidən işlənmiş versiyasını təqdim edəcək ki, buraya daha güclü tədarük öhdəlikləri, çatışmazlıqlar və dövriyyədn çıxarılmalar haqqında əvvəlcədən bildiriş və mövcud ehtiyatlar haqqında ictimaiyyətin daha yaxşı məlumatlandırılması daxil olacaq.
(Euronews)