Ukraynada yüksək vəzifəli şəxslər helikopter qəzasında həlak olub
Qəza nəticəsində nazir, onun müavini və bir sıra digər nazirlik rəsmiləri ölüblər
Ukraynanın daxili işlər naziri və onun müavini helikopter qəzasında həlak olub. “Avronews” bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Kiyev vilayətinin Brovarı şəhərində helikopterin uşaq bağçasının yanında qəzaya düşməsi zamanı daxili işlər naziri Denis Monastırski və onun müavini Yevgeni Yenin dünyasını dəyişib.
Qəzada Ukrayna Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də həlak olub.
Helikpoter qəzasında ümumilikdə 16 nəfər həlak olub, 22 nəfər xəsarət alıb.