“Putin ağlına nəyi yerləşdirirsə, onu da edir” – ƏRDOĞAN
Türkiyə Prezidenti: “Nüvə müharibəsi fəlakətə gətirib çıxara bilər”
“Ukrayna ərazilərində keçirilən referendum diplomatik səyləri çətinləşdirir”. Bu açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib.
O bildirib ki, nüvə müharibəsi fəlakətə gətirib çıxara bilər: “Bu haqda danışmağı ağlına belə, gətirməməlisən. Ümid edirəm ki, bu məsələni heç vaxt gündəmə gətirmədən diplomatiya yolu ilə həll etmək ən düzgün addım olardı”.
“Ukraynanın bəzi işğal olunmuş ərazilərində Rusiyanın tərkibinə daxil olmaq üçün keçirilən referendum, hətta Rusiyanın səfərbərlik qərarı da narahatlıq doğurur. Bu, sabitliyi çətinləşdirir. Cənab Putin, əgər ağlına nəyisə qoyursa, elə də edir”, - deyə Ərdoğan vurğulayıb.
Türkiyə lideri sabah rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını da əlavə edib.
(CNN Türk)