Ukraynalı qaçqınlar saxta siqaret istehsalına cəlb ediliblər

Ukraynalı qaçqınlar saxta siqaret istehsalına cəlb ediliblər

“Onların imkanları Avropa ölkələrini siqaretlə təmin etməyə yetirdi”

İspaniya polisi saxta tütün məmulatları istehsal edən böyük cinayətkar qrupu zərərsizləşdirib. Bütün ölkəyə səpələnmiş yeraltı zavodlarda cinayətkarlar ukraynalı qaçqın və miqrantların əməyindən istifadə edirmişlər.

İstintaqın məlumatına görə, işçilər fabriklərin özlərində dar otaqlarda saxlanılıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının gözünə görünməsinlər deyə çölə buraxılmayıblar.

"Onların üç fabriki Rioxa, Valensiya və Sevilyada yerləşirdi. Bu, qrupa bütün İspaniya, eləcə də digər Avropa ölkələrini siqaretlə təmin etməyə imkan verdi", - deyə polisdən bildirilib.

Fabriklər gündə yarım milyon qutu istehsal edə bilər. Onlardan biri keçən il əvvəl aşkar olunmuşdu ki, bu da sonda digər ikisini tapmağa imkan verdi.

Bu iş üzrə 27 nəfər həbs edilib. Onlar təkcə tütün və siqaretləri deyil, çoxlu qiymətli əşyaları, dəbdəbəli avtomobilləri də ələ keçiriblər. Polis qrup liderlərinin Marbella kurort şəhərində dəbdəbəli həyat sürdüyünü bildirib.

(Euronews)