Rəfsəncani küfrdə ittiham olunur
Eks-prezidentin qızına qarşı ittihamlar irəli sürülüb
İran prokurorluğu İranın keçmiş Prezidenti Əkbər Haşimi Rəfsəncaninin qızı, 59 yaşlı Fayezah Rəfsəncaniyə qarşı ittiham irəli sürüb. Siyasi fəal hökumət əleyhinə təbliğatda və küfrdə ittiham olunur.
İş materiallarına görə, 2022-ci ilin aprelində sosial şəbəkələrdə müzakirədə iştirak edərkən, F.Rəfsəncani İnqilab Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısından çıxarılmasına qarşı çıxıb və deyib ki, SEPAH-ın bu siyahıya salınması doğrudur və İranın maraqlarına uyğundur.
Onun başqa bir şərhində isə Məhəmməd Peyğəmbəri (s) təhqir etdiyi bildirilir. Sabiq Prezidentin qızı Peyğəmbərin birinci xanımı Hz. Xədicənin Məhəmmədin (s) xərcləməsi üçün pul qazanan bir biznes ledi olduğunu yazıbmış.
Daha sonra Fayezah dediklərinə görə üzr istəyib və bunları zarafat adlandırıb.