Şotland millətçiləri Britaniyaya qarşı “silahı” yerə qoymur

Şotland millətçiləri Britaniyaya qarşı “silahı” yerə qoymur

Ali Məhkəmə etiraz etsə də, Şotlandiya dayanmayacaq

Böyük Britaniya Ali Məhkəməsinin Şotlandiyanın müstəqilliyi ilə bağlı növbəti referendumun keçirilməsinin Edinburqun deyil, Vestminsterin işi olduğuna qərar verməsinə baxmayaraq, şotland millətçiləri təslim olmayacaqlar. Bu qərarı Şotlandiya hökumətinin başçısı Nikola Sturgeon şərh edərək deyib ki, “Böyük Britaniya artıq 4 dövlətin könüllü tərəfdaşlığı deyil, çünki onun bir hissəsi öz gələcəyi ilə bağlı suallar verir”.

“Biz Şotlandiya xalqının öz iradəsini ifadə edə biləcəyi başqa demokratik, hüquqi və konstitusiya vasitələri tapmalıyıq və tapacağıq. Məncə, bu, yalnız seçki ola bilər. Şotlandiyada keçiriləcək növbəti milli kampaniya təbii ki, parlament seçkiləridir. Açığı, biz fürsətdən istifadə edib bu səsverməni faktiki olaraq referenduma çevirməliyik”, - deyə Sturgeon bildirib.

Məhkəmənin qərarında həmçinin qeyd olunur ki, şotlandlar “məzlum xalq”, “keçmiş müstəmləkə” və ya “müəyyən qrupun hökumətə və inkişafa çıxışının qadağan olunduğu ərazi” anlayışına uyğun gəlmir.

“Düşünürəm ki, Şotlandiya xalqı istər iqtisadiyyat, istər BMT, istərsə də Ukraynaya kömək olsun - hamımızın birlikdə qarşılaşdığımız əsas məsələlər üzərində işləməyimizi istəyir. İndi siyasətçilərin bir kollektiv kimi işləmək vaxtıdır və hökumət də bunu edəcək”, - deyə Britaniya Baş naziri Rişi Sunak söyləyib.

Göründüyü kimi, Şotlandiya Milli Partiyası Kataloniya ssenarisinin eskalasiyasına deyil, qanunun aliliyinə riayət olunmasına “stavka” edir. Müşahidəçilər onu da istisna etmirlər ki, leyboristlər 12 ildir hakimiyyətdə olan mühafizəkarlara qarşı növbəti ümumi seçkilərdə qalib gələrsə, Londonun Şotlandiya məsələsində mövqeyi dəyişə bilər.

(Euronews)