Nəhəng bağlı qutu: içində nələr gizlənir...
Qərb təhlil mərkəzləri onu hiyləgər lider olaraq qəbul edirdi
Çin də SSRİ kimi 1989-da mövcud siyasi sistemin dağılma riski ilə qarşılaşdı. Qorbaçov özü SSRİ-nin məhvi üçün nə lazımdırsa etdi. Ancaq Çində bu, baş vermədi. Dövrün Çin Kommunist Partiyası Jiang Zemin rəhbərliyində siyasi rejimi qoruyub saxlaya bildi.
Maraqlıdır ki, Zemin "qırmızı" təhsilini digər bir çox kommunist çinli qocalar kimi Moskvada almışdı. Rus dilini yaxşı bilirdi. Amma buna baxmayaraq ABŞ ilə müsbət iqtisadi-mədəni əlaqələr yaratmışdı. Den Syaopin iqtisadi sistemini davam etdirirdi. Digər Çin liderləri kimi sadəcə soyuq sifətlə yox, gülərüz halda daha çox olurdu. Qərb təhlil mərkəzləri Zemini hiyləgər lider olaraq qəbul edirdilər.
Jianq Zemin (1926-2022) 96 yaşında (30 noyabr) vəfat etdi. Eyniylə Britaniya kraliçası Elizabet (1926-2022) kimi. Çində sonuncu dəfə daxili iğtişaşlar Zeminin hakimiyyətdə möhkəm olduğu vaxtlarda olmuşdu. Öldüyü vaxt isə 33 ildən sonrakı ilk dəfə yaranan qarışıqlıqla paraleldir.
Çin çox böyük bağlı qutudur. Bu qutudan hələ də nələrin çıxacağı bilinmir.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”