Putin Rusiyanı dünyanın bətnində niyə öldürdü?
Moskva 24 fevraldan qabaq siyası, diplomatik, kəşfiyyat və mifik hərbi gücü ilə dünyada ağalıq edirdi
Rusiyanın nüvə hədəsi bütün imkanların tükəndiyini göstərir. Başqa ölkəni işğal etməyə cəhd edəsən, rüsvayçılıqla məğlub olasan, sonra dünyanı ölümlə təhdid edəsən. Nonsensdir!
Əslində nüvə təhdidi də çıxış yolu deyil. Putin rejimi Rusiyanı dünyanın bətnində zəhərləyib öldürüb, indi onu çıxarıb atırlar ki, dünyanı zəhərləyib öldürməsin.
Bu avantüra Rusiya dövlətinə amansız zərbələr, sağalmaz yaralar vurub. İtkilər təkcə Ukrayna çöllərində ölən, şikəst olan onminlərlə hərbçi deyil, ölkənin gələcəyidir. Ölkənin özünə gəlməsinə onilliklər lazımdır, bəlkə də parçalanacaq, dağılacaq...
24 fevraldan əvvəl Rusiya siyası, diplomatik, kəşfiyyat və mifik hərbi gücü ilə dünyada sözün əsl mənasında ağalıq edirdi. Bu sistemi qurmağa illərlə vaxt, gərgin əmək və yüz milyardlarla pul sərf olunmuşdu. Putin bir axmaq qərarı ilə Rusiyanı bu gücdən məhrum edib onu məzlum üçüncü dünya ölkəsinə çevirdi.
Mən inanmıram, ruslar bəsirət gözləri açılanda bu xəyanəti Putinə və onun oğru, bandit dəstəsinə bağışlasınlar.
Müəllif: Elçin Rüstəmli (jurnalist)
Mənbə: "Facebook"